Xarici jurnalistlər qurultayda ABŞ demokratiyasının necə işlədiyini müşahidə etmək imkanı əldə edir
ABŞ prezident seçkiləri təkcə Amerika mətbuatı tərəfindən işıqlandırılmır. Respublikaçılar partiyasının Florida ştatının Tampa şəhərində keçirilən qurultayını işıqlandıran 15 min jurnalistin çoxu dünya ölkələrinin müxtəlif mətbuat orqanlarını təmsil edir. ABŞ Dövlət Departamenti xarici mətbuat üzvlərinin effektiv işini təmin etmək üçün kömək göstərir.
Respublikaçıların Milli qurultayının gedişini işıqlandıran jurnalistlər mətbuat mərkəzində çalışır. Dövlət Departamentinin xarici mətbuat mərkəzi də burada yerləşir.
Mətbuat mərkəzində yerləşdirilmiş uzun masaların biri arxasında Çində ingilis dilində çıxan gündəlik qəzetin mxbiri olan Yinzqi Tsin növbəti reportajını hazırlayır. O, ABŞ-da siyasi partiya qurultayında ilk dəfədir iştirak edir və onun üçün bu, özünün dediyi kimi unikal bir imkandır. Tsin deyir ki, bu, Çində keçirilən qurultaylardan çox fərqlidir.
Süzan Stivenson Vaşinqton və Nyu-Yorkda yerləşən iki daimi xarici mətbuat mərkəzinin direktorudur. Onun sözlərinə görə, Dövlət Departamenti uzun müddətdir Amerikada siyasi proseslər haqda mifləri dağıtmaq üçün partiya qurultaylarında iş aparır. “Burada xarici jurnalistlərə yer ayırırıq . Onlar üçün brifinqlər təşkil edirik, burada hər partiyadan nümayəndələr iştirak edərək, siyasi platformalardan danışır. Jurnalistlər də öz növbəsində qurultayı işıqlandırarkən diqqət verilməsi lazım olan məsələləri qeyd edir. Bu jurnalistlərin çoxu partiya qurultayını ilk dəfə olaraq işıqlandırır və onlar ABŞ-da siyasi proseslərin necə işlədiyini daha yaxşı bilməlidir”-deyə Süzan Stivenson bildirir.
Stivensonun sözlərinə görə, əsas məqsəd Asiya, Avropa, Cənubi Amerika və Afrika daxil olmaqla, bütün dünyadan jurnalistlərin cəlb edilməsindən ibarətdir. O deyir ki, jurnalistlərin çoxu çinli Tan kimi ABŞ-ın siyasi sistemi ilə tanışlığı az olan və prosesləri anlamağa çalışan mətbuat üzvləridir. “2004-cü ildə biz qurultaya gəlməməişdik və jurnalistlər buna görə bizi danladılar. Biz olmasaq partiyaların siyasi platforması, ya da partiya daxilində prosesləri onlara izah edə biləcək adamları tapmaq çox çətindir, çünki onlar bilir ki, bu qəzetlərin oxucuları onların seçiciləri deyil”-deyə Stivenson söyləyir.
Tomas Qorqoissian 2011-ci ildə inqilabın mərkəzi olan Təhrir meydanının adını daşıyan “Təhrir” qəzetinin müxbidirir. O deyir ki, Misirdə və başqa ölkələrdə ABŞ-da gedən siyasi proseslərə maraq böyükdür, çünki Amerikanın siyasəti birbaşa onlara öz təsirini göstərir.
“Adamlar qurultayda baş verənləri öyrənmək istəyir, bundan sonra onlar Obamanın, ya da Romninin qələbə çalmasını bilmək üçün debatlar və seçki prosesini isləyəcək. Çünki bizim və bütün dünyanın hansı Amerika ilə işləyəcəyimiz kimin qələbə çalmasından asılı olacaq. Hamı bilir ki, Amerikada biri asqırsa, bütün dünyaya soyuq dəyir”-deyə o bildirir.
Respublikaçılar partiyasının qurultayında Dövlət Departamentinin mətbuat mərkəzinə gündə 80 jurnalist cəlb olunur. Gələn həftə Demokrat partiyasının qurultayı öz işinə başlayanda Dövlət Departamenti Şimali Karolina ştatında Şarlot şəhərində bir neçə mətbuat mərkəzi yaradacaq.