Conson Brexit razılığını rədd edir, Aİ-nı razılıqsız tərk edəcəyini bildirir

Britaniyanın baş naziri Boris Conson Avropa İttifaqını Brexit razılığı ilə bağlı danışıq aparmamaq qərarını yenidən nəzərdən keçirməyə çağırıb və lazım olsa 28 üzvlük ittifaqdan ayrılacağına söz verib.

Baş nazir olandan bəri cümə axşamı parlament qarşısında ilk dəfə çıxış edən Conson sələfi Tereza Meyin əldə etdiyi Brexit razılığının “qəbuledilməz” olduğunu deyib və əlavə edib ki o, Britaniyanın iqtisadi və idarəçilik müstəqiliiyini “təslim edib”.

Ümid edirəm ki, Aİ da bizim qədər hazır olacaq və onlar Brexit razılığına hər hansı dəyişiklik etməmək qərarlarını yenidən nəzərdən keçirəcəklər. Əgər bunu etməsələr, biz təbii ki, Avropa İtitfaqını razılıqsız tərk edəcəyik.
Boris Conson

Conson israr edib ki, o, yeni razılıq istəyir, amma Britaniya bir çox siyasi müşahidəçinin düşündüyündən fərqli olaraq Avropa İttifaqını heç bir razılıq olmadan tərk etməyə hazırdır.

"Ümid edirəm ki, Aİ da bizim qədər hazır olacaq və onlar Brexit razılığına hər hansı dəyişiklik etməmək qərarlarını yenidən nəzərdən keçirəcəklər. Əgər bunu etməsələr, biz təbii ki, Avropa İtitfaqını razılıqsız tərk edəcəyik", o deyib.

Londonun sabiq populist meri seçki kampaniyası zamanı Britaniyanı razılıq olsa da, olmasa da oktyabrın 31-nə təyin olunan son möhtlətədək Avropa İttifaqından çıxacağına söz verib. Parlamentin bir çox üzvü razılıq əldə olunmadan ittifaqdan ayrılmağın əleyhinədir və bunun iqtisadi hərc-mərcliyə gətirib çıxaracağını söyləyir.

Consonun Avropa İttifaqına razılığı yenidən nəzərdən keçirməsinə dair çağırışı problemlərlə üzləşə bilər, çünki Avropanın böyük bir hissəsi avqust ayında tətil edir.

Tereza Mey

Müxalif Leyboristlər partiyasının lideri Ceremi Korbin Consondan sonra parlament qarşısında çıxış edərək, partiyasının Consonun irəli sürdüyü və iş yerlərini, işçilərin haqlarını və ətraf mühiti qorumayan hər hansı Brexit razılığını rədd edəcəyini bir daha vurğulayıb.

Korbin çərşənbə günü Meyin baş nazir kimi göstərdiyi xidməti tərifləyib və onun “xələfinin ehtiyatsız planlarına etiraz etməyə yardım etməyə” razılıq göstərəcəyinə ümid bəslədiyini deyib.