İranlı etirazçının həbsdə ikən ölümünün səbəbi ilə bağlı mübahisəli fikirlər səsləndirilir

Tehran, İran. 21 sentyabr, 2022.

İranda insan hüquqları fəalları deyir ki, polis nəzarətində ikən ölən etirazçı Cavad Ruhi doğma rayonunda dəfn edilib, ancaq onun ölümünün səbəbi ilə bağlı suallar qalır.

Ruhi Amol vilayətinin Kalikan kəndində dəfn edilin. Deyilənə görə, dəfn mərasimində İslam Respublikasının rəsmiləri də iştirak edib.

Human Rights Watch təşkilatı bildirib ki, Ruhi cümə axşamı şübhəli şərtlər altında ölüb və bu da onunla rəftarla bağlı naratlıqlara səbəb olub. İran İnsan Hüquqları Təşkilatı şənbə günü bildirib ki, rəsmi tibbi açıqlamada Ruhinin ölüm səbəbi “ürək dayanması” olaraq qeyd edilib. Ancaq İslam İnqilabı Keşikçiləri Korpusunun rəsmiləri şifahi olaraq onun ölüm səbəbibi “insult” olduğunu elan ediblər, həbsxananın açıqlamasında isə onun beyin sarsıntısından sonra öldüyü deyildiri bildirilir.

İranın ədliyyə sistemi ilə əlaqəsi olan Mizan media orqanı daha öncə Ruhinin “epileptik tutmalar” keçirdiyini bildirib.

Ruhini təmsil etməyən vəkil Saleh Nikbəxt deyib ki, onun müştəriləri də bənzər insidentlər yaşayıblar və o Ruhinin işini yaxından izləyir.

Nikbəxt Ham-Mihan qəzetinə “Mən bu vaxtsız ölümləri istər real, istərsə də hüquqi müstəvidə hər hansı konkret bir insanla əlaqələndirmək istəmirəm.” deyib. Ancaq o qeyd edib ki, “hüquqa əsasən” və Ruhinin ilkin “üç ölüm cəzası” İslam Respublikasının Ali MƏhkəməsi tərəfindən ləğv edilməsinə baxmayaraq, “Cavadın müvəqqəti saxlanılması daha yüngül cəza növünə çevrilməli idi.”

Human Rights Watch cümə günü press-relizində bildirib ki, Ruhi 2022-ci ilin sentyabrında genişmiqyaslı etirazlar zamanı həbs ediləndən sonra işgəncəyə məruz qalıb. Ona iki ay sonra, qrupunun dediyinə görə, ədalətsiz məhkəmə nəticəsində hökm oxunub.

İnsan hüquqları qrupları bildiri ki, Tehranın şimalında Məzəndəran vilayətindəki Növşəhr həbsxanası cümə axşamı bəyanat yayaraq Ruhinin “sarsıntı” nəticəsində səhər saatlarında xəstəxanaya köçürüldüyünü, ancaq tibbi müdaxilələrə rəğmən həyatını itirdiyini bildirib.