ABŞ səfirliyi: 2016-cı ildə Azərbaycanla əməkdaşlığı davam etdirməyi səbirsizliklə gözləyirik

Robert Sekuta və Con Kerri

Dövlət katibi ABŞ-ın xarici siyasətindən danışıb

“ABŞ-ın Azərbaycandakı Səfirliyi olaraq qeyd etmək istərdik ki, ABŞ-ın Azərbaycanla əməkdaşlığı Dövlət katibi Kerrinin haqqında danışdığı qlobal öhdəliyin bir hissəsidir və biz qarşıdan gələn ildə əməkdaşlığımızı davam etdirməyi səbirsizliklə gözləyirik”. Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin dövlət katibi Con Kerrinin yanvarın 7-də Amerika diplomatiyası ilə bağlı çıxışı haqqında (http://www.state.gov/secretary/remarks/2016/01/251041.htm) yaydığı məlumatda deyilir.

Dövlət katibi ötən ilin nailiyyətlərini, 2016-cı ildə gözlənilən imkan və çətinlikləri, Amerikanın bu çətinliklərin öhdəsindən gələcəyinə əmin olduğunu bildirib.

“Bu gün Amerika Birləşmiş Ştatları əvvəlkinə nəzərən dünyanın daha çox yerində daha vacib məsələlərlə daha yaxından məşğuldur. Səbəbi isə odur ki, bizim maraqlarımız bunu tələb edir və bizim dostlarımız və müttəfiqlərimiz də bunu istəyir və alqışlayır. Bu səbəbdən qarşıdan gələn aylarda Ukrayna, Əfqanıstan, Mərkəzi Amerika, Kolumbiya, Kipr, Liviya, Cənubi Sudan, Burundi və s. kimi yerlərdə yeni imkanlar və çətinliklər gözləyirik. Çətinliklərlə bağlı heç bir illuziyamız yoxdur, sadəcə inanın mənə biz əminik ki, mən şəxsən əminəm ki, ortaya qoyduğumuz dəyərlərə görə və onların Amerika xalqının dəyərlərini əks etdirdiyinə görə biz güclü beynəlxalq dəstək qazanmışıq və inanıram ki, bu çətinliklərdən keçərkən də bu dəstəyi saxlayacayıq”, Kerri qeyd edib.