ABŞ Dövlət katibi Cənubi Qafqaza səfər etmək fikrindədir

Con Kerri

Səfərin vaxtı hələ dəqiqləşdirlməyib
ABŞ dövlət katibi Cənubi Qafqaza, o cümlədən Azərbaycana səfər etmək niyyətindədir, lakin səfərin tarixi hələ müəyyənləşməyib.

ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar jurnalistlərin dövlət katibinin 2014-cü ilin yazında Cənubi Qafqaza səfər edib-etməəyəcəyi barədə sualının cavabında deyib ki, o ötən həftə Vaşinqtonda keçirilən səfirlərin konfransı zamanı cənab Kerri ilə görüşüb. “O, bu səfəri çox istəyir. Amma, səfərin nə vaxt reallaşdırılacağı ilə bağlı hələ dəqiq tariximiz yoxdur”, səfir qeyd edib.