Con Kerrinin Moskva səfəri - Suriya və Ukrayna diqqətdə

Your browser doesn’t support HTML5

Dövlət katibi Con Kerri bildirib ki, Suriya prezidenti Bəşər Əl-Əsədin taleyi ilə bağlı Birləşmiş Ştatlarla olan fikir ayrılıqlarına baxmayaraq, Rusiya Suriya böhranının siyasi həllinin tapılması səylərində “konstruktiv” iştirak edib. Parisdə keçirilən iqlim dəyişikliyi sammitindən kənarda Kerri gələn həftə Suriya, habelə Ukraynadakı vəziyyətlə bağlı danışıqlar aparmaq üçün Moskvaya səfər etməyi nəzərdə tutur.