Con Kerri Cənubi Koreyada rəsmi görüşlər keçirib

ABŞ dövlət katibi Con Kerri Koreya yarımadasında təhlükəsizliyi və ikitərəfli məsələləri müzakirə etmək üçün Cənubi Koreya prezidenti Park Qeun-Hay və xarici işlər naziri Yun Byunq-se ilə Seulda görüşüb.

Bazar ertəsi görüşdən sonra birgə mətbuat konfransında çıxış edən Kerri deyib ki, Şimali Koreya nüvə silahı proqramını dayandırmaq istiqamətində irəliyə heç bir addım atmadığından, Vaşınqton danışıqların başlanmasında maraqlı deyil. O, Pxenyana təyziqin artırılmasının vacibliyini əlavə edib.

Şimali Koreya artıq raket və nüvə sınaqlarına görə BMT-nin ağır sanksiyaları ilə qarşılaşıb.

Kerri həmçinin deyib ki, insan haqlarını pozma halları davam edərsə, Şimali Koreya Beynəlxalq Cinayət Məhkəməsinə cəlb ediləcək.

Bazar günü Kerri Pekində Çin prezidenti Hi Cinpinqlə görüşüb. Yüksək rütbəli dövlət departamentinin rəsmisi Kerrinin Koreya yarımadasının nüvə silahından təmizlənilməsinə dair birgə öhdəlikləri müzakirə edib və Pxenyana təyziq göstərilməsinin vacibliyinə dair razılığa gəlib.