ABŞ dövlət katibi 14 qadını şücaətə görə beynəlxalq mükafata layiq görüb

ABŞ dövlət katibi Con Keri dünyada 14 qadını ədalətin təbliği, insan haqları, demokratiya, gender bərabərliyi və qadınlara cəmiyyətdə bərabər imkanların verilməsi sahələrində göstərdikləri liderliyə görə Beynəlxalq Qadın Şücaəti mükafatına layiq görüb.

Mükafata layiq görülən qadınlardan biri Çindən insan haqqları fəalı Ni Yulandır. Onun Vaşinqtona səfərinə hökumət tərəfindən qadağa qoyulub.

Builki mükafata layiq görülənlər arasında Suriyadan yezidli fəal da var. O özünü gender zəminində zorakılıqla mübarizəyə həsr edib.

Birləşmiş Ştatlara səfər edə bilməyən Ni Yulan Amerikanın səsinə bildirib ki, rəsmilər ona pasport verməkdən imtina ediblər.

Cənab Kerri deyib ki, Ni Yulan Çin vətəndaşlarının hüquqlarını bərpa etmək üçün mübarizə aparır. “O, sözünü açıq dediyinə görə həbsə düşüb. Həbsxana həyatında döyülüb iflic olsa da onu heç bir şey dayandırmayıb. O, Pekin sakinlərinin mülkiyyət hüquqlarını müdafiə etməyə davam edir,” deyə dövlət katibi əlavə edib.

Qadın Şücaəti mükafatına bu il layiq görülənlərdən biri də Rusiyada qətlə yetirilmiş müxalifət lideri Boris Nemtsovun qızı Janna Nemtsovadır. Dövlət katibi Kerri Janna Nemtsovanı təqdim edərkən bildirib ki, şəxsi təhlükəsizliyinə hədələrə baxmayaraq, o, atasının qətlinin şəffaf təhqiqatını tələb edib və siyasi məhbusların müdafiəsi fondunu yaradıb.

Bu il Beynəlxalq Qadın Şücaəti mükafatları artıq 10 ildir təqdime edilir. Mükafat verilməyə başlayandan bəri dünya ölkələrində 101 qadın əldə etdikləri nəaliyyətlərinə görə bu mükafata layiq görülüb.