Con Kerri Sergey Lavrovla görüşəcək

ABŞ dövlət katibi Con Kerri gələn həftə Rusiya xarici işlər naziri Sergey Lavrov da daxil olmaqla, rəsmilərlə danışıqlar aparmaq üçün Ukrayna və Almaniyaya səfər edəcək.

Dövlət Departamentinin sözçüsü Cen Psaki bu gün bildirib ki, cənab Kerri Kiyevə səfəri zamanl Ukrayna prezidenti Petro Poroşenko ilə görüşəcək.

Görüş ABŞ və Rusiya arasında münasibətlərin gərginləşdiyi vaxta təsadüf edir. ABŞ və Qərb müttəfiqləri Rusiyanı Ukraynaya müdaxilə etməkdə təqsirləndirir. Cənab Kerrinin gələn həftə Moskvaya səfər edə biləcəyi ilə bağlı ehtimallar da irəli sürülüb. Ancaq Dövlət Departamentinin rəsmiləri əlavə dayanacaqların planlaşdırılmadığını dilə gətirib.

Xanım Psaki dövlət katibinin cənab Lavrovla görüşəcəyini bildirsə də, bu görüşün Münhen Təhlükəsizlik Konfransında baş tutacağını deyib. Sözçü Kerri və Lavrovu bir çox məsələləri müzakirə edəcəyini vurğulayıb.