Bəzi mənbələrin bildirdiyinə görə, ABŞ və Rusiya prezidentlərinin görüşünə hazırlıqlar gedir.
Vladimir Putinlə Donald Tramp arasında görüş iyulun 11 ilə 12-si NTO-nun Brüssel sammiti çərçivəsində və ya Trampın Britaniyaya səfəri zamanı keçirilməlidir.
Ağ Ev və Milli Təhlükəsizlik Şurası bu haqda şərh verməkdən imtina edib.
Putinin sözçüsü Dmitry Peskov də görüşlə bağlı sualı cavablandırmayıb. Lakin o, Amerikanın milli təhlükəsizlik müşaviri Con Boltonun Rusiyaya səfər edəcəyinin gözlənildiyini bildirib.
Görüşün yeri bəlli deyil. Lakin bəzi xarixi mətbuat orqanları görüşün Vyanada baş tutacağını bildirir.
Bundan öncə ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə yay mövsümü müddətində görüşünün mümkün olduğunu deyib.
Rəsmi Moskva Rusiya xəbər agentliklərinin verdiyi məlumatlara əsasən belə bir görüşün mümkünlyünü istisna etməyib.