Dünya boyu qəhvə ağaclarının məhv olma qorxusu var

Your browser doesn’t support HTML5

Temperaturun yüksəlməsi, yağıntıların miqdarının dəyişməsi və müxətlif xəstəliklər dünya boyu qəhvə məhsullarının azalmasına səbəb olur. Yeni araşdırmaların nəticələri qəhvənin isti hava şəraitinə uyğunlaşa bilən yabani qohumlarının da risk qarşısında olduğunu göstərib.

Bu qəhvə üçün yol çox uzundur. Lakin alimlərin axtardığı qəhvəni siz yerli kafelərdə tapa bilməzsiniz. Bu qəhvə növü Siyerra-Leone cəngəlliklərində yetişir.

Tropik Afrika və Asiyada qəhvənin 124 növ qohumu yetişir. Kyu “Kral Botanika Bağı”nın qəhvə tədqiqatları qrupunun rəhbəri Aron Devis bu qəhvə növlərinin 60 faizinin yox olmaq üzrə olduğunu deyir. “Qəhvə bitkilərinin kökünün kəsilməsinin əsas səbəbi meşələrin qırılmasıdır. Ona görə ki, müxtəlif növlü qəhvələr meşələrdə bitir.”

Meşədə yetişən qəhvələr xəstəliklərlə mübarizədə adi qəhvələrdən daha effektivdir. Onlar quraqlığa və isti hava şəraitinə daha davamlıdır.

Aron Devisin dediyinə görə, planetdə istilik artdığı üçün belə qəhvə növlərinə ehtiyac artır. “Bizim yetişdirdiyimiz növlər dəyişən iqlim şəraitinə uyğunlaşa bilməyəcək. Yəni iqlim dəyişikliyi artdıqca, temperatur yüksəldikcə, yağmurlar azaldıqca bu qəhvələrin də kökü kəsiləcək.”

Bu isə qəhvə istehsal edən və əsas gəliri yalnız bu sahədən olan ölkələr üçün problem deməkdir. Hesablamalara görə, dünyada 100 milyona qədər kiçik şirkət qəhvə yetişdirir. Lakin irlim dəyişikliyi yabanı şəkildə yetişən qəhvələrə də təsir edir. Devis və onun əməkdaşları elə buna görə yabani qəhvələr üzərində araşdırmalar aparır.

Devisin tədqiqat qrupu vaxtın olmadığını deyir. Onların araşdırmalarının nəticələrinə görə, dünyada yetişən qəhvə növlərinin demək olar ki, yarısı dünyanın dən banklarında yoxdur.