Co Baydenin Yaxın Şərq siyasəti

Your browser doesn’t support HTML5

Co Baydenin Yaxın Şərq siyasəti

Dünyanın çox yerində Co Baydenin ABŞ prezidenti seçilməsi alqışlansa da, İsraildə bəziləri onun ABŞ-ın Yaxın Şərq siyasətini dəyişdirəcəyindən narahatdır.

İordan çayının qərb sahilindəki və Qəzza zolağındakı fələstinlilər sabiq prezident Trampın Yaxın Şərq siyasətinin dəyişəcəyinə ümid edərək prezident Co Baydenin seçilməsini alqışlayır.

“Fələstinlilərin ilk prioriteti sözdə sülh prosesini yenidən bərpa etməkdir. Onlar Bayden administrasiyasının Tramp rəhbərliyi tərəfindən tamamilə məhv edilən iki dövlətli həlli yenidən canlanmasını istəyirlər. Onlar ABŞ administrasiyası ilə əlaqələri bərpa etmək istəyirlər - fələstinlilər Trampın 2017-ci ilin dekabrında Qüdsü İsrailin paytaxtı kimi tanıdığından bəri ABŞ rəhbərliyini boykot edirlər” - deyə, fələstinli jurnalist Xalid Əbu Tomeh bildirib.

Dövlət Katibi Entoni Blinkenin dediyinə görə, yeni Bayden administrasiyası “İsrailin təhlükəsizliyini qorumaq öhdəliyinin müqəddəs olduğunu” deyir.

"İsrailin demokratik yəhudi dövləti olaraq gələcəyini təmin etmək və fələstinlilərə haqq etdikləri dövləti vermək üçün ən yaxşı və bəlkə də yeganə yol belə desək iki-dövlətli həll yoludur" - deyə, ABŞ Dövlət Katibi Entoni Blinken qeyd edib.

Benyamin Netanyahunun başçılıq etdiyi İsrail hökuməti Trampla yaxından əməkdaşlıq etdi və bəziləri İsrailin Demokratların dəstəyini əldə etmək üçün çox çalışmalı olduğunu bildirir.

“Biz Amerikanın timsalında bizim üçün 1 nömrəli gücü, yəni hər iki partiyanın dəstəyini riskə atmamalıydıq. Bu, zərər gördü və Tramp prezident olduğu zaman İsrail üçün əsas mənfi cəhət də bu oldu" deyə, İsrailin ABŞ-dakı sabiq səfiri Sallai Meridor bildirib.

İsrail analitiklərinin əksəriyyəti daha aktual daxili problemlərdən sonra Yaxın Şərqin Baydenin prioritetləri siyahısında çox aşağıda olacağını qeyd edir. Yaxın Şərqdə böyük ehtimalla İran diqqət mərkəzində olacaq.

İsrail dünya qüdrətlərinin 2015-ci il İranla nüvə razılığına kəskin şəkildə qarşı çıxıb və bunun İranın nüvə silahı əldə etməsinə qanuni bir yol verdiyini söyləyib.

“İran Yaxın Şərq gündəmində öndə olacaq, çünki bölgədəki ən vacib və təcili məsələdir. Yalnız qlobal problem kimi görünən nüvə məsələlərinə görə deyil, eyni zamanda İranın Yaxın Şərqdəki müdaxiləsinə görə də. Yaxın Şərqdə İranın dünyanın əksəriyyətinin sabitliyi pozmaq kimi qəbul etdiyi və bu və ya digər formada iştirak etmədiyi bir vətəndaş müharibəsi yoxdur - deyə, Hartman İnstitutundan Amotz Asa-El qeyd edib.

İsrail rəsmilərinin əksəriyyəti Baydenin uzun müddətdir İsraili dəstəklədiyini qəbul edir. Amma o, həmçinin Fələstin dövlətini də dəstəkləyir və İsrailə sülh danışıqlarına qayıtması üçün təzyiq göstərməyə cəhd edə bilər.