Co Baydenin siyasi həyat təcrübəsi

Your browser doesn’t support HTML5

Co Baydenin siyasi həyat təcrübəsi

Təxminən yarım əsr Vaşinqton siyasi dairələrinin tanınmış simalarından olan yeni seçilmiş prezident Co Bayden yanvar ayında Prezident Donald Trampı əvəz edəcək. Vitse-prezident vəzifəsindən getdikdən dörd il sonra ən böyük siyasi qələbəsini qazanan təcrübəli siyasətçinin karyerasına baxış.

Pennsilvaniya də daxil olmaqla, bir neçə ştatda səsvermə ülgüc fərqi ilə keçirilib.

Prezident və onun tərəfdarları səsvermədə pozuntular olduğunu deyərək, mövcud nəticələri dəyişdirə biləcəklərini iddia edir.

Ancaq Amerika xəbər şəbəkələri səsvermənin nəticələrini açıqladıqdan sonra Demokrat Co Bayden qələbəsini elan edərək, ölkənin siyasi bölünmələrini aradan qaldıracağını bildirib.

“Prezident Trampa səs verənlərin bu axşam xəyal qırıqlığını başa düşürəm, özüm də bir neçə dəfə məğlub olmuşam. Ancaq indi bir-birimizə şans verməliyik” - deyə, Bayden bildirib.

Seçki kampaniyası dövründə Prezident Tramp sosial narahatlıqlar, qanun və nizamdan danışarkən, Bayden Trampın COVID-19 pandemiyası ilə mübarizə səylərini tənqid edirdi.

Prezident Trump davamlı şəkildə səverməni izləyir, seçicilərin bölünmüş olduğu Miçiqan və Viskonsin kimi ştatlarda yüksək enerjili mitinqlər təşkil edirdi

Səkkiz il ərzində Bayden Barak Obamanın vitse-prezidenti olub və onun administrasiyasında böyük rol oynayıb.

2016-cı ildə seçilərkən siyasətə yeni atılan Trampdan fərqli olaraq, Bayden təcrübəli bir siyasətçidir və bu, seçki kampaniyasında ona yardım edən həqiqətdir.

“Sizə bir şey söyləyəcəyəm. Dövlətin işini necə quracağımı bilirəm”, Bayden deyib.

İlk dəfə 29 yaşında Senata seçilən Bayden 50 ilə yaxındır seçilmiş vəzifələrdə çalışıb. 78 yaşlı Bayden ABŞ prezidenti kimi ən yaşlı adam olacaq.

“O, mülayimdir. Əslində yumşaqlıq ona ziyan vura bilərdi. Lakin bu, insanlara çox kəskin, fərqli bir seçim verdi” - deyə, Virciniya Universitetindən Larri Sabato bildirib.

Bayden ilkin seçkilərdə daha liberal namizədləri məğlub etdikdən sonra Demokratik Partiyasının namizədi seçildi. Onlardan biri vitse-prezident Kamala Harris idi.

Bayden koronavirus pandemiyası narahatlığı səbəbindən təbliğat kampaniyalarını az apardığı üçün meydan hazırkı prezidentə qalmışdı.

Pennsilvaniya ştatında Bayden 3 Noyabr seçkilərindən bir gün əvvəl danışmışdı.

"Sabah milləti qoruya bilməyən bir prezidentliyə son qoya bilərik. Sabah bu millətdə nifrət alovunu yandıran bir prezidentliyə son qoya bilərik" , bayden demişdi.

Seçkidən bir gün əvvəl də Tramp Viskonsinə inandığını bildirmişdi.

"Dörd il əvvəl dediklərimi xatırlayın, mən sənin səsinəm və hamımız birlikdə Amerikanı yenidən möhtəşəm edəcəyik. Elə də etdik."

ABŞ-dakı seçkilərə görünməmiş sayda - səsvermə hüququna malik olan seçicilərin 90%-i çıxmışdı. Səsvermə nəticələrinin yaxınlığı ABŞ seçicilərinin nə qədər parçalandığını göstərib. Qanuni çətinliklər seçkiləriin nəticələrinin məhkəmədə həll oluna biləcəyi deməkdir.

Qarşıda duran çətin vəzifə isə bölünmüş bir ölkəni birləşdirməkdir.