Sabiq ABŞ Vitse-Prezidenti və Demokrat Partiyasından namizəd Co Baydenin ABŞ prezident seçkilərinin qalibi olduğu və yanvarın 20-də rəsmən prezident olaraq andiçmə mərasimində iştirak edəcəyi proqnozlaşdırılır.
36 il ABŞ Senatında Demokrat kimi xidmət etmiş və səkkiz il Prezident Barak Obama administrasiyasında Vitse-Prezident vəzifəsində çalışmış Baydenin prezident olacağını xəbər təşkilatları proqnozlaşdırırlar.
Gərgin seçki kampaniyasının ardınca Baydenin Respublikaçı Prezident Donald Trampı məğlub etməsi seçki günündən sonrakı müddətdə poçtla verilmiş səslərin sayılması nəticəsində bəlli olub.
Nəticələr hələ də rəsmi qaydada sertifikatlaşdırılmalıdır. Bununla bağlı məhkəmələ müraciət olunacağı, lakin yekun nəticənin dəyişməyəcəyi gözlənilir.
Bayden 538 Elektoral Kollegiya səsindən azı 270-ni qazanmaqla prezident seçilib.
Baydenin qələbəsi son 40 ildə Trampı ikinci dönəmə seçilməyə nail olmamış üçüncü prezident edir.
İnauqurasiya Günündə 78 yaşı olacaq Bayden üçüncü dəfə idi ki, przident seçilməyə cəhd göstərirdi. O, 1988 və 2008-ci ildə namizədliyni irəli sürmüşdü.
Co Baydenin qələbəsi ilə Kamal Harris 244 illik ABŞ tarixində ilk dəfə olaraq seçilmiş qadın Vitse-Prezident olacaq. Kaliforniya Senatoru olan Harrisin atası Yamaykada, anası isə Hindistanda doğulub.
Bayden seçki kampaniyasında ABŞ-ı yenidın Paris iqlim dəyişikliyi sazişinə qaytaracağını və İranın nüvə proqramının qarşısını almaq üçün Prezident Obama dönəmində imzalanan anlaşmanı bərpa edəcəyini vəd edib.
Tramp kampaniyası hələ ki, "bu seçkinin bitmədiyini" deyərək, prezidentin cüzi səs fərqi ilə qızğın yarışların getdiyi ştatlarda qalib çıxacağını bildirir. Tramp kampaniyası həmçinin seçki saxtakarlığı və qanunauyğunsuzluqlarla bağlı əsaslandırılmamış iddialarla məhkəmələrə müraciət edib.
Cümə günü gecə saatlarında Delaver ştatının Vilminqton şəhərində çıxış edən Co Bayden qələbəyə əmin olduğunu demişdi.
“Bizdə hələ ki, yekun qələbə bəyannaməsi yoxdur, lakin rəqəmlər bizə aydın şəkildə deyir. Biz bu yarışı udacağıq,” deyə Demokrat namizəd 24 saat ərzind poçtla verilmiş səslərin sayılması nəticəsində Corciya və Pennsilvaniyada irəli çıxdığını, digər ştatlarda isə səs üstünülyünü genişləndirdiyini vurğulayıb.
“Biz 300-dən çox elektoral kollegiya səsləri (qələbə üçün cəmi 270 tələb olunur - red.) almağa doğru gedirik. Və ümummilli miqyasda rəqəmlərə baxın. Biz bu yarışı aydın çoxluqla, millət arxamızda olmaqla udacağıq,” o demişdi.
Corciyanın 16, Pennsilvaniyanın 20 elektoral səslərini qazanmaq Baydenə 299 elektoral səs bəxş etmiş olur ki, bu da seçkiləri udmaq üçün kifayət qədər yetərlidir. Bayden həmçinin Arizona və Nevada ştatlarında öndə gedir ki, bu ştatlarda qələbə onun elektoral səslərini 316-a qaldıra bilər.
ABŞ-ın Elektoral Kollegiya sisteminə əsasən, Meyn və Nebraska istisna olmaqla hər bir ştatda səs çoxluğunu qazanan namizəd həmin ştatın bütün elektoral səslərini qazanır. Ştatların elektoral səsləri isə əhalilərinin sayına müvafiq müəyyən olunur.