Co Bayden Hindistanda rəsmi səfərdədir

ABŞ vitse prezidenti Co Bayden Vaşınqtonun cənubi Asiya müttəfiqi ilə ticarət və təhlükəsizlik barədə əlaqələrini inkişaf etdirmək üçün Hindistan lideri ilə rəsmi danışıqlara başlayıb.

Bayden bölgəyə dörd günülk səfərinin ikinci günü hindli həmkarı, vitse-prezident Məhəmməd Həmid Ansari ilə Dehlidə görüşüb. Onun baş nazir Manmohan Sinqlə də görüşü nəzərdə tutulub.

Vitse-prezident Bayden ABŞ hərbi qüvvələrinin Əfqanıstandan çıxması ilə əlaqədar Hindistan rəsmilərinin təhlükəsizlik bağlı narahatlıqlarını ünvanlayacağı gözlənilir. Onun həmçinin ABŞ konqresinin texnologiya sahəsində yüksək biliyə malik xarici mütəxəssislərin viza alma prosesini asanlaşdıracaq təkliflərini də müzakirə edəcəyi bildirilir.

ABŞ-ın vitse-prezidenti və onun həyat yoldaşı Cill Bayden Dehliyə gəldikdən sonra Hindistanın müstəqilliyinin rəmzi olan Mohandas Qandi muzeyini ziyarət ediblər.

Səfər zamanı Co Bayden Bombey fond birjasında çıxış etmək üçün Mumbay şəhərinə də gedəcək. O, qadınlar üçün imkanların genişləndirilməsinə həsr edilmiş tədbirdə iştirak edəcək.