Birləşmiş Ştatların vitse-prezidenti Co Bayden Rusiyaya iki günlük səfəri çərçivəsində prezident Dmitri Medvedevlə görüşməlidir. Müzakirələrin diqqət mərkəzində əsasən Avropada raketdən müdafiə sistemləri və Rusiyanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü məsələləri, eləcə də Yaxın Şərqdəki situasiya yer alacaq. Cənab Bayden Kremlin inşasını planlaşdırdığı texnoloji mərkəz olacaq Skolkovoda Rusiya ticarət liderləri ilə görüşəcək. ABŞ vitse-prezidentinin Birləşmiş Ştatların Boing və Rusiyanın Aeroflot təyyarə zavodları arasında müqavilə imzalayacağı gözlənilir. Çümə axşamı isə cənab Bayden Rusiyanın baş naziri Vladimir Putinlə görüşəcək.