2008-ci ilin dekabr ayında iki ölkə arasında nüvə məsələsi ilə bağlı altıtərəfli danışıqların dayandırlımasından sonra Cənubi və Şimali Koreyaların nümayəndələri bu gün Balidə keçirilən ASEAN forumunda danışıqlar aparıblar. Cənubi Koreyanın Yonhap xəbər agentliyinin bildirdiyinə görə, Şimali Koreyanın nüvə üzrə nümayəndəsi Ri Yanq Hu ölkəsinin tərksilah məsələsi ilə bağlı birlikdə işləməyə razı olduğunu deyib. Seuldan nüvə danışıqlarına başçılıq edən Vi Sunq-lak da öz növbəsində görüşün səmərəli və konstruktiv keçdiyini deyib.
Beynəlxalq ictimaiyyətin Pxenyana qarşı sanksiyalar tətbiq etməsinə baxmayaraq, Şimali Koreya son beş ildə iki dəfə nüvə sınağı keçirib.
.