Google şirkəti barədə aparılan bir aylıq təhqiqatı sona çatdıran Cənubi Koreya polisi internet nəhənginin qanunsuz səkildə yüz minlərlə insanın şəxsi məlumatlarını toplamaqda ittiham olunmasını məsləhət görəcək.
Google şirkətinin əməkdaşları üzərində kamera olan avtomobillərlə 30 ölkədə küçələrin tam panoramını götürməyə çalışır. Avtomobillər habelə bağlantısız şəbəkə siqnallarını toplamaq qurğusu ilə təchiz olunub. Əgər prokurorlar məhkəmə işinə başlasa, Cənubi Koreya Google-un mübahisəli küçə görüntüsü layihəsini ittiham edən ilk ölkə olacaq. Google etiraf edib ki, şirkət işçiləri bilməyərəkdən ictimaiyyətə açıq olan bağlantısız şəbəkələrin şəxsi məlumatlarını toplayıb.