Bu gün Cənubi Afrika respublikasının prezidenti Çeykob Zuma Liviya prezidenti Müəmmər Qəzzafiyə sadiq qüvvələrlə rəqib döyüşçülər arasında atəşkəs əldə edilməsi səyləri çərçivəsində Liviyayadadır. Cənab Zuma Tripoliyə Afrika Birliyi təşkilatı adından səfər edib.
Bu gün NATO-nun baş katibi Anders Fog Rasmussen bildirib ki, Liviyadakı hərbi kampaniya məqsədinə nail olur və Qəzzafinin terrorçuluğuna son qoyulmaq üzrədir. Bolqarıstanda NATO forumunda danışan cənab Rasmussen deyib ki, hava zərbələri Qəzzafinin öz xalqına qarşı zorakılıqlarını azaldıb və mülki vətəndaşların tam müdafiəsinə nail olnadək NATO hava hücumlarını davam etdirəcək. NATO qüvvələri artıq iki aydır ki, BMT-nin Təhlükəssizlik Şurasının mandatı ilə Liviyda mülki əhalini müdafiə edir