Dövlət Katibi 28 may münasibəti ilə bəyanat verib

Dövlət Katibi 28 may münasibəti ilə bəyanat verib

Prezident Obama və Amerika xalqı adından Azərbaycan xalqını respublika günü münasibəti ilə təbrik edən ABŞ dövlət katibi bu gün verdiyi bəyanatında deyib ki, bu sizin zəngin mədəniyyətinizi və tarixinizi şərəfləndirmək və Azərbaycanın iyirmi il əvvəl müstəqilliyini əldə etməsindən indiyə qədər əldə etdiyi mühüm nailiyyətləri qeyd etmək üçün yaxşı bir vəsilədir.

ABŞ dövlət katibi keçən il birinci dəfə Bakıda, Azərbaycanda olduğunu və bundan xoşbəxtliq hissetdiyini, Azərbaycanın dinamikliyini, potensialını və Azərbaycan xalqının gücünü beyəndiyini vurğulayıb.

Hillari Klinton deyib ki, Birləşmiş Ştatlar və Azərbaycanın qarşılıqlı maraqlara və hörmətə əsaslanan möhkəm əlaqələri var. Biz müxtəlif dünya məsələlərinin həlli və fürsətlərdən istifadə üçün əməkdaşlıq aparırıq. Regional təhlükəsizlik və sabitliyi himayə etmək, enerji təhlükəsizliyini möhkəmləndirmək və daha geniş iqtisadi və siyasi islahatların həyata keçirilməsinə çalışırıq. Birləşmiş Ştatların iki ölkə arasında tərəfdaşlığın möhkəmləndirilməsi sahəsində ABŞ-ın öhdəliyini təkrarən bildirən dövlət katibi Azərbaycan xalqı üçün xoşniyyətlə dinc və firavan bir il arzu etdiyini deyib.