Qrup qeyri-hökumət təşkilatları ilə sıx əməkdaşlıq aparır
Nyu-Yorkda Klinton Qlobal Təşəbbüs qrupunun dövlət başçıları, biznes liderləri, xeyriyyəçilər və qeyri-hökumət təşkilatlarının iştirakı ilə illik iclası keçirilir. 2005-ci ildə ABŞ-ın keçmiş prezidenti Bil Klinton tərəfindən əsası qoyulmuş qrupun başlıca məqsədi qlobal problemlərin həlli yollarının tapılmasından ibarətdir.
Klinton Qlobal Təşəbbüs qrupunun təsisçilərindən biri olan Con Brayant Nyu-York görüşünün təsirli nəticələrin əldə edilməsi üçün insanları bir araya gətirdiyini deyir. Onun sözlərinə görə, nə hökumət, nə özlə sektor, nə də xeyriyyəçilər ayrı-ayrılıqda bütün problemləri həll edə bilmir. “Klinton Qlobal Təşəbbüs” qrupunun əsas cəhəti birgə əməkdaşlıqdan ibarətdir. Qrup fəaliyyət və öhdəliklərin vəhdətindən ibarət bir qüvvə kimi çıxış edir”-deyə o bildirir.
“Ümid Əməliyyatı” şöbəsinin direktoru olan Brayant maliyyə yardımlarının mahiyyətini izah edir. Onun sözlərinə görə, insanların maliyyə sahəsində savadlanması mühümdür. “20-ci əsrdə əsas mövzu demokratiya idi və bunun əsas mənası səsvermə hüququ ilə izah edilirdi. 21-ci əsrdə maliyyənin rolu mühümdür, azad sahibkarlıq mövcud olsa da, olmasa da, iqtisadiyyat və iqtisadi vəziyyət mühümdür. Buna görə də maliyyəni baş düşməyəndə, pulla bağlı bilgi və bank hesabı olmayanda, iqtisadi cəhətdən qul vəziyyətinə düşürsən”-deyə o bildirir.
“Ümid Əməliyyatı ABŞ-da maddi imkanı aşağı olan insanların kredit reytinqinin yüksəldilməsinə yardım göstərir.
Şimali Afrika və Yaxın Şərqdə isə yeni iş yerlərinin açılması yolu ilə sahibkarlara yardmı göstərilir. Brayantın sözlərinə görə, Səudiyə Ərəbistanında 2020-ci ilə qədər on milyonlarla iş yerinə ehtiyac yaranacaq. “Ümid Əməliyyatı” Səudiyyə Ərəbistanı üçün açılış sərmayəsi 500 dollar olan 25 biznes növü təklif edir. Brayantın sözlərinə görə, iş yerlərinin yaradılması terrorizmlə mübarizənin ən yaxşı yollarından biridir. “Yaxın Şərqdə iki variant var. Ya işıq, ya da zülmət. Hansını istədəiyinizi özünüz müəyyən etməlisiniz. İnsanlar iş istəyir. Müharibə iştəmir. Siz ailənizlə vaxt keçirmənizini arzulayırsınız, alış-veriş etmək istəyirsiniz. Yaxın Şərqdə orta sində ehtiyac var”-deyə o bildirir.
Brayantın sözlərinə görə, 21-ci əsrdə azadlıq “öz həyatını müəyyən etmək qabiliyyəti” deməkdir.
Konqresin keçmiş qadın üzvü Marcori Marqoles Klinton Qlobal Təşəbbüs qrupunda qadınların hüquqlarının müdafiəsilə məşğul olur. Hazırda Pensilvaniya universitetinin professoru Qadınların Beynəlxalq Kampaniyası təşkilatının prezidentidir. O deyir ki, Şimali Afrika və Yaxın Şərq ölkələrində qadınların siyasi fəallığının güclənməsi bu regionlarda böyük dəyişikliklərə gətirib çıxara bilər. “Ərəb Baharı baş verən zaman Təhrir meydanı qadınlarla dolu idi. Amma hökumətin təşkilinə gələndə burada qadınlar yoxdur. Bu olduqca mühüm məsələdir”-deyə o bildirir.
Marcori Marqoles deyir ki, bu regionlarda hakimiyyətdə olan kişilər qadınların rolunun əhəmiyyətindən xəbərdar deyil. Onun bildirdiyinə görə, qadınların özləri tərəfindən qaldırılan bu məsələlər olduqca vacibdir. Marcori Marqoles Qadınların Beynəlxalq Kampaniyası təşkilatının gənc qadınlara müxtəlif məsələlərdə yol göstərdiyini deyir.
Nyu-Yorkda forumda çıxış edən cənab Klinton qrupun qarşısında duran əsas vəzifələrdən birinin insanların öz ideyalarını işdə tətbiq edə bilməsi üçün onları ruhlandırmaqdan ibarət olduğunu deyib.