Hillari Klinton: ABŞ səfirliklərinə hücumların təşkilatçısının ölümü əl-Qaidə üçün ikinci böyük itkidir

  • Amerikanın səsi

Hillari Klinton: ABŞ səfirliklərinə hücumların təşkilatçısının ölümü əl-Qaidə üçün ikinci böyük itkidir

ABŞ Dövlət katibi Hillari Klinton 1998-ci ildə Afrikada Amerika səfirliyində bomba hücumlarının təşkilatçısı Fazul Abdulla Məhəmmədin ölümünü əl-Qaidə üçün daha bir itki adlandırıb. Tanzaniyada səfərdə olan xanım Klinton bildirib ki, keçən ay əl-Qaidə lideri Üsəma bin Ladenin ABŞ-ın xüsusi təyinatlı qüvvələri tərəfindən qətlə yetirilməsindən sonra bu, ikinci böyük itkidir. Somali rəsmiləri əl-Qaidə fəalının beş gün əvvəl Moqadişuda yoxlanış məntəqəsində öldürüldüyünü bildirib. 1998-ci ildə əl-Qaidə fəallarının ABŞ-ın Keniya və Tanzaniyadakı səfirliklərində həyata keçirdiyi bomba hücumları 224 insanın ölümülə nəticələnmişdi. Dövlət katibi Klinton bu gün Darüssəlamda bomba hücumları zamanı həlak olan 12 tanzaliyanın xatirə memorialını ziyarət edib.