Hillari Klinton Azərbaycana gəlir

Dövlət departamentinin sözçüsü Filip Krovli deyib ki, xanım Klinton Dağlıq Qarabağ məsələsi barədə danışıqlarda tərəqqi əldə olunmasına və Ermənistanla Türkiyə arasında əlaqələrin normallaşdırılması prosesində irəlləyişə çağırmaq niyyətindədir.

ABŞ Dövlət Departamentinin cümə günü yaydığı məlumata görə Dövlət Katibi Hillari Klinton gələn həftə başlayacaq və altı gün davam edəcək səfəri zamanı Polşa, Ukrayna, Azərbaycan, Ermənistan və Gürcüstanda olacaq. ABŞ rəsmiləri xanım Klintonun Cənubi Qafqaz ölkələrinə dövlət katibi olaraq ilk səfəri zamanı ABŞ-ın mühüm bir diplomatik təşəbbüsünün gözlənilməməsi barədə xəbərdarlıq ediblər.

ABŞ rəsmiləri qeyd ediblər ki, dövlət katibi Klinton Ermənistanla Azərbaycan arasındakı Dağlıq Qarabağ problemi və Rusiya ilə Gürcüstan arasında 2008-ci ildə baş vermiş müharibədən sonra yaranmış vəziyyət kimi regional problemlərlə əlaqədar ABŞ-ın davam etrməkdə olan səylərini qabağa aparmaq niyyətindədir.

Dövlət departamentinin sözçüsü Filip Krovli deyib ki, xanım Klinton Azərbaycan və Ermənistanı Dağlıq Qarabağ məsələsi barədə danışıqlarda tərəqqi əldə olunmasına habelə Ermənistanla Türkiyə arasında əlaqələrin normallaşdırılması prosesində irəlləyişə çağırmaq niyyətindədir.

Yüksək vəzifəli ABŞ rəsmisi isə bildirib ki, Dövlət Katibinin səfər edəcəyi ölkələrin siyahısında Türkiyənin olmaması, xanım Klintonun keçən il getdiyi bu ölkəyə əhəmmiyyət verilmədiyi mənasına gəlmir. Həmin rəsminin sözlərinə görə səfər vaxdı Klintonun vaxdı məhdud olacaq və onun proqramı olduqca qabarıqdır.

Rəsmilərin bildirdiklərinə görə ABŞ Dövlət Katibi bu yaxınlarda Rusiya Prezidenti Dimitri Medvedevin ABŞ-a səfəri zamanı, Vaşinqtonda cümə axşamı günü Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşü zamanı Birləşmiş Ştatların Gürcüstanın ərazi bütövlüyünə dəsdəyini bir daha təkrar edib.

Rusiya prezidentinin Amerikaya səfəri zamanı Barak Obama ilə Dimitri Medvedev arasındakı danışıqlar görünür iki ölkə arasında əlaqələrin daha da inkişafına kömək edib. Buna baxmayaraq dövlət departamentinin sözçüsü Filip Krovli deyib ki, Moskva ilə yaxşı əlaqələr ABŞ-ın Gürcüstanın prezidenti Mixail Saakaşvili hökumətinə dəsdəyini azaltmayacaq: “Bizim Rusiya ilə konstruktiv əlaqələrimiz Gürcüstanın hesabına baş vermir. Dünən gördüyünüz kimi prezident Medvedevlə prezident Obama arasında iki ölkənin əlaqələri cəhətindən çoxlu nailiyyətlər əldə edilib. Ancaq biz Rusiya ilə əlaqələrimizi yaxşılaşdırdığımız və bu ölkə ilə əməkdaşlıq sahələrini artırdığımız bir zamanda, aydındır ki, Qafqazda uzun müddətdir davam edən konfliktlərin həllinin əhəmmiyyətini vurğulamağa da davam edəcəyik.”

Cənab Krovley Gürcüstanı mühüm müttəfiq adlandıraraq, bu ölkənin Əfqanıstanda NATO-nun rəhbərliyindəki koalisiyaya, əhalisinin sayına nisbətdə, adam başına ən çox əsgər göndərən ölkə olduğunu xatırladıb.

ABŞ dövlət katibi Kievdə, fevral ayında hakimiyyətə gələn prezident Viktor Yanukoviç və müxalifətin təmsilçiləri ilə görüşəcək. O, Polşanın Krakov şəhərində “Demokratiyalar Cəmiyyətinin” yaranmasının onuncu ildönümü tədbirində iştirak edəcək və polşanın xarici işlər naziri Radoslav Sikorski ilə görüşəcək.