Çinlilər ABŞ korporasiyalarına haker hücumunda təqsirləndirilir

Üç Çin vətəndaşı Amerika korporasiyalarında haker hücumu törətməkdə ittiham olunur. Bu barədə ABŞ Ədliyyə Nazirlyi məlumat yayıb.

Vu Yingjuo, Donq Hao və Şia Lei bazar ertəsi qrand jüri məhkəməsi qarşısında “haker hücumları, ticarət sirlərinin oğurlanması, konspirasiya və şəxsiyyət vəsiqəsi oğurlanması” ittihamları ilə üzləşiblər. Onların kompüter sistemlərinə qəsdən ziyan vurduqları deyilir.

Ittihamnaməni Milli Təhlükəsizlik üzrə Baş Prokurorun əvəzləyici müavini Dana J. Boente və Qərbi Pennsilvaniya ştat dairəsinin əvəzləyici ABŞ Prokuroru Soo C. Sonq və Federal Təhqiqatlar Bürosunun Pittsburq Bölməsinin Xüsusi Agenti Robert Conson irəli sürüblər.

Haqqında söz gedən üç korporasiya Moody's Analytics, Siemens AG, and Trimble, Inc.-dır. Bu şirkətlərin 2011 və 2017-ci ilin may ayları arasında hücumlara məruz qaldığı güman edilir.