Çinli insan haqları fəalının ABŞ himayəsində olduğu deyilir

  • Amerikanın səsi

ABŞ-da qərargahlanan Çin insan haqları müdafiəçiləri kor çinli Çen Quanqçenq hazırda ABŞ-ın himayəsindədir və ABŞ və Çin rəsmiləri arasında danışıqlar gedir.

ChinaAid qrupu Çenə yaxın mənbələrə istinad edərək bu haqda bəyanat yayıb. Qurumun prezidenti və sabiq Tiananmen Meydanının fəalı Bob Fu Çenin durumunu ABŞ-ın insan haqları diplomatiyasında “həlledici məqam” adlandırıb.

ChinaAid dünən bildirmişdi ki, Çen hazırda doğma kəndindən xeyli uzaq bir yerdə təhlükəsizdir.

Cümə günü habelə ABŞ hökuməti Çenin taleyindən narahatlığını ifadə etmiş, amma onun harada olması haqda məlumat verməmişdi.

Vəkil və fəal Çen kommunist hökumətin ailələrin həcmini məhdudlaşdıran siyasətindəki haqsızlıqları sənədləşdirdikdən sonra həbs edilmişdi. O, ötən bazar günü doğma Donqşiqu kəndindən yoxa çıxmışdı. Rəsmilər bu barədə yalnız sonrada xəbər tutublar.