Məşhur çinli bloger həbs olunub

Tanınmış çinli insan haqları fəalı təxribatçılıq ittihamı ilə səkkiz il müddətinə azadlıqdan məhrum edilib.

“Super Vulgar Butcher” (Super Vulqar Qəssab) adı ilə tanınan bloger Vu Qana çərşənbə axşamı Pekində hökm oxunub.

Məhkəmə Vunun yanlış məlumat yaymaq və insanları onlayn məkanda tənqid etmək kimi bir sıra “cinayət” əməlləri törədərək “hakimiyyəti və sosialist sistemi devirməyə” cəhd etdiyinə dair qərar çıxarıb.

Bundan əlavə mərkəzi Çində baş tutan bir başqa məhkəmə prosesində insan haqları vəkili Şi Yanqa qarşı irəli sürülən dövlət hakimiyyətini devirmək cəhdi ittihamlarını aradan qaldıraraq, onun həbsinin qarşısını alıb.

Şi iki il öncə həbs edilib, may ayında isə pul müqabilində zaminə buraxılıb.