Çinin Xarici İşlər Nazirliyi hücumlara görə zorakı terrorçular və separatistlər adlandırdığı uyğurları günahlandırıb

  • Amerikanın səsi

Çinin Xarici İşlər Nazirliyi hücumlara görə zorakı terrorçular və separatistlər adlandırdığı uyğurları günahlandırıb

Çinin Xarici İşlər Nazirliyi dinc əhaliyə qarşı hücumlara görə zorakı terrorçular və separatistlər adlandırdığı uyğurları günahlandırıb. Nazirliyin sözçüsü deyib ki, Yeçenq şəhərində terrorçular sabitlik və birliyin pozulmasına cəhd edib.

Dünya Uyğurları Konqresinin sözçüsü Dilşat Raşit isə deyib ki, zorakılıqlar yerli sakinlərin sistematik şəkildə repressiyalara məruz qalmaları səbəbi ilə baş qaldırıb.Konqresin bəyanatında uyğurlara dinc nümayişlər keçirməyə icazə verilmədiyi bildirilir.

Çinin Sincan regionu son illər uyğurlarla hanlar arasında qarşıdurmalara səhnə olub. 2009-cu ildə uyğurların Urumçi şəhərində qarşıdurmalar nəticəsində 197 adam həlak olmuşdu.