Çinin baş naziri Avropa səfərinə hazırlaşır

  • Amerikanın səsi

Çinin baş naziri Avropa səfərinə hazırlaşır

Çinin baş naziri Ven Tsiabao gələn həftə Macarıstan, Böyük Britaniya və Almaniyanı əhatə edəcək Avropa səfərinə başlayır. Çinin Xarici İşlər Nazirliyinin bildirdiyinə görə, baş nazir Avropa səfərinə Macarıstanın baş naziri Viktor Orban, Britaniyanın baş naziri Deyvid Kameron və Almaniya kansleri Angela Merkelin dəvəti ilə gedir. Görüşlər qarşılıqlı əlaqələr, beynəlxalq və regional narahatlıqların müzakirəsinə həsr ediləcək. Çinin baş naziri Ven Tsiabaonun səfəri iyunun 24-də başlayıb, 28-də başa çatacaq.