Çinin ticarət defisiti ən yüksək səviyyəsinə çatıb

  • Amerikanın səsi

Çin rəsmilərinin bildirdiyinə görə, son on ildə ilk dəfə olaraq, fevral ayında ticarət defisiti ən yüksək səviyyəsinə çatıb. Ölkədə idxal artıb, ixrac azalıb.

Rəsmi statistikaya görə, ixracat 114.5 milyard dollar, idxalat isə 145.9 milyard dollar təşkil edib.

Təhlilçilərin fikrincə, Çin ənənəvi bazarlarda mallarının satışında avrozonanın borc böhranı və Amerikanın çox yavam irəliləyən iqtisadiyyatına görə çətinlik çəkir.