Çində küçə satıcısının qətli iğtişaşlara səbəb olub

  • Amerikanın səsi

Çində küçə satıcısının qətli iğtişaşlara səbəb olub

Çinin cənub-qərbində yüzlərlə adam maşınları çevirmiş və polisə hücum etmişlər. İğtişaşlar təhlükəsizlik qüvvələri küçə satıcısını ölənədək döydükdən sonra baş qaldırıb.

Çin mediası insidentin Quijou vilayətindəki Anşun şəhərində baş verdiyini deyir. Şinhua xəbər agentliyi zorakılıqlarda 30-a yaxın nümayişçinin və 10 polisin yaralandığını bildirib.

Yerli rəsmilər iğtişaşlara rəvac verən qətl halını araşdırmağa çalışırlar. İnternetdə dolaşan xəbərlərə əsasən bir qıçlı küçə alverçisi çoxunun nifrət etdiyi “çenqquan” adlanan qüvvələrlə mübahisəyə girdikdən sonra öldürülüb.

Honq Konqda qərargahlanan Cable TV çevrilmiş maşınları və polisə daş atan, bəzi hallarda qana bulaşmış nümayişçiləri göstərib.