Kütləvi-Spektoskopiya - Tibbi ekspertizaya yardım edən yeni texnologiya

Your browser doesn’t support HTML5

Kütləvi-Spektoskopiya - Tibbi ekspertizaya yardım edən yeni texnologiya

Yeni Kütləvi-Spektoskopiya maşınından cinayətdə istifadə olunan obyektlər üzərində barmaq izlərinin daha yaxşı görüntüsünü aşkar etmək üçün istifadə edilir. Hazırda sübutla bağlı barmaq izlərinin ekspertizası üzərində istifadə edilən üsullar və DNK testləri kifayət qədər yaxşı olmaya bilər.

Tibb ekspertizası cinayətdə istifadə olunan bıçaq üzərində təhqiqat aparır. Alimlər barmaq izlərinin aydın görünməsi üçün yapışqan buxar və işıqdan istifadə edir. Lakin problem ondadır ki, bıçaqdakı barmaq izləri aydın olmaya və DNK üçün qan nümunəsi tamamilə pozulmuş ola bilər.

İngiltərənin tibbi ekspertiza üzrə alimləri bu yeni texnologiyanın köhnə, üstü açılmamış cinayət işlərinə yardım edəcəyinə ümid edir. Vikki Borgin: “Əgər mövcud dəlillər kifayət etməzsə və biz lazımi nəticələr əldə etməzsək, onda biz başqa imkanlara əl atacağır.”

Yeni Kütləvi-Spektoskopiya texnologiyası cinayət işlərində sübuta yetirilməsi çətin olan dəlillər ortaya çıxara bilər. Nottingem universiteti ilə birlikdə inkişaf etdirilən bu cihaz aşkar etdiyi maddənin xəritəsini yaratmaq üçün cisimdəki ionları yandırır. Təhqiqatçılar bu metodun dəlilləri zədələmədən, müsbət nəticələr əldə etməyə yardım etdiyini deyrilər. Nikola Starr: "Cihaz cinayətdə istifadə edilən alətin səthində olan müxtəlif kimyəvi komponentləri alır və həmin kimyəvi maddələrin yerini sizə bildirir".

Cihaz insanın təri də daxil edilməklə, barmaq izlərindəki bütün kimyəvi maddələri aşkar edir. Bundan istifadə edərək o, tapıntıları tanınan formada çap etmək üçün qanunauyğunluqlar müəyyən edə bilir. Bu adətən müəyyən edilməsi çətin olan izlərin işlənmiş gilizlər vasitəsilə aşkarlanmasına yardımçı ola bilər.

Bu texnikanın bizə verdiyi odur ki, o, səthdə ion şüalarından istifadə edərək müxtəlif materialların harada konsenstrasiya olunduğunu göstərir. Alimlər deyirlər ki, bu, barmaq izlərini zədələmir və onların surəti zədələnmədən çıxarılır. Ancaq müstəntiqlər yeni texnoloji yanaşmanın məhkəmələrdə şikayətlərlə qarşılaşa biləcəyini deyirlər.