Çin və Ukrayna arasında 3.5 milyard dollarlıq razılaşma imzalanıb

Çin və Ukrayna arasında 3.5 milyard dollarlıq razılaşma imzalanıb

Çin prezidenti Hu Tsuntau Ukraynada Çin və Ukrayna arasında 3.5 milyard dollarlıq razılaşmanın imzalama mərasimində iştirak edib. Ukrayna prezidenti Viktor Yanukoviç və onun çinli həmkarı yeni strateji tərəfdaşlıq razılığını yükək qiymətləndirib. Razılıq enerji, texnologiya və ticarət sahələrində əməkdaşlığı əhatə edir. Tərəflər 2012-ci ilədək qarşılıqlı ticarətin 8 milyarddan 10 milyarda qaldırılması barədə razılıq əldə ediblər. Çinlə Ukrayna habelə elm, texnika və kənd təsərrüfatı sahələrində birgə layihələrdə iştirak edə bilər. Ukrayna Çin prezidentinin 3 ölkəni əhatə edən səfərinin son dayanacağıdır. Bundan əvvəl o, Qazaxıstan və Rusiyada olmuşdu.