Çin bazar ertəsi 60 milyard dollarlıq ABŞ mallarına yeni tariflər tətbiq edəcəyini bildirib.
Bu, Donald Trampın Çin mallarının 200 milyard dollarlıq vergi artımı və 300 milyard dollarlıq digər məhsullardan da vergi ödənişi tətbiqinə qisas mahiyyəti daşıyır.
Əgər razılığa gəlməsəz, şirkətlər Çini tərk edəcək.Donald Tramp, ABŞ prezidenti
Çinin Maliyyə Nazirliyi iyun ayının 1-dən etibarən 5 faizlik tariflərin 25 faizə qaldırılacağı və bunun Çinə ixrac edilən 5140 məhsula şamil ediləcəyini bəyan edib.
Trampın ABŞ-a gələn Çin məhsullarına tarifləri kəskin artırmasından sonra Çinin tarif artımı ilə cavab verəcəyi gözlənilirdi.
Prezident bazar ertəsi Tvitterdə Çini tarif artımına cavab verməməyə çağırıb.
“Çin uzun illər ABŞ-dan yararlanıb və onlar bizdən daha əlverişli vəziyyətdədir. (Bizim prezidentlər öhdələrinə düşəni etməyib.) Ona görə də Çin intiqam almamalıdır - onun üçün daha da pis olacaq,” Tramp Tvitterdə bildirib.
Ağ Evin iqtisadiyyat üzrə məsləhətçisi Larri Kudlov Fox News Sunday-ə müsahibəsində bildirib ki, hər iki tərəf dünyanın iki iqtisadi qüdrəti, ABŞ və Çin arasında artan ticarət müharibəsindən ziyan çəkəcək.
ABŞ-da ən ciddi problem Çinə soya lobyası, qarğıdalı və buğda satan fermerlərin üzərinə düşəcək. Amma o deyib ki, Tramp administrasiyası bundan əvvəl itkini qarşılamaq üçün fermerlərə 12 milyard dollar subsidiya ödəyib və o əmin edib ki, bu, yenidən baş versə, ABŞ hökuməti fermerlərə bir daha yardım edəcək.
Tramp bazar günü Tvitterdə “Biz Çinlə tam istədiyimiz yerdəyik” yazıb.
Prezident cümə günü 200 milyard dollardan çox Çin məhsuluna faizləri 10-dan 25-ə qaldırmaqla tarifləri iki dəfədən çox artırıb. Və əlavə 300 milyard dollarlıq Çin məhsuluna yeni tariflər tətbiq etməyi planlaşdırır.