Çin ticarət maraqlarını müdafiə edəcəyinə dair xəbərdarlıq edir

Çin dövlət mediasının verdiyi məlumata görə, Çinin vitse-baş naziri Liu He ABŞ-ın maliyyə naziri Stiven Mnuçin ilə telefon söhbəti zamanı deyib ki, Birləşmiş Ştatlar əqli mülkiyyətlə bağlı təhqiqat başladaraq ticarət qanunlarını pozub və Çin öz maraqlarını qoruyacaq.

Mnuçin və prezident Şi Tsinpinin yaxın sirdaşı Liu arasındakı telefon söhbəti cümə axşamı ABŞ prezidenti ümumilikdə 60 milyard dollar dəyərində olan Çin mallarına tarif tətbiq etmək planını açıqlayandan bəri iki ölkə arasında baş tutan ilk yüksək-səviyyəli danışıqlar olub.

İki ölkə arasındakı ciddi narazılıqlar maliyyə bazarları və korporasiyalara mənfi təsir göstərib. Belə ki, investorlar ticarət əngəlləri olduğu təqdirdə qlobal iqtisadiyyatın dəhşətli nəticələr ilə üzləşəcəyindən narahatdır.

BlackRock şirkətindən Larri Fink və Apple-dan Tim Kuk daxil olmaqla şənbə Pekində yüksək-səviyyəli forumda iştirak edən bir sıra ABŞ şirkətinin baş icraçıları təmkinlik çağırışları edib.

Xinhua xəbər agentliyinin verdiyi məlumata görə, Mnuçin ilə telefon söhbəti zamanı, Harvard təhsilli iqtisadçı olan Liu deyib ki, Çin hər iki tərəfin “rasional” olacağına və birlikdə ticarət əlaqələrini sabit tutmağa çalışacaqlarına ümid edir.

ABŞ rəsmiləri deyir ki, 1974-cü il ABŞ Ticarət Aktı altında aparılan təhqiqatın nəticələri Çinin amerikalı investorları əsas texnologiyaları çinli şirkətlərə məcbur etməklə ədalətsiz ticarət apardığını göstərir.

Lakin Liu deyib ki, istintaq “beynəlxalq ticarət qaydalarını pozur və nə Çinin, və ABŞ-ın, nə də qlobal maraqlara faydalıdır.”

ABŞ maliyyə naziri Stiven Mnuçin

Cavab tədbirləri

ABŞ-ın polad və alüminiuma tarif tətbiq etmək qərarınan sonra Çin cümə günü ümumi dəyəri 3 milyar dollar olan ABŞ mallarına əlavə tariflər tətbiq etmək planını açıqlayıb.

China Minmetal korporasiyasının vitse-prezidenti Janq Jaoşianq deyib ki, dövlətə məxsus mədən qrupunun ABŞ-a polad idxalı cüzi olsa da, tariflərin bilvasitə təsirlərinin olacaq.

Pekində fəaliyyət göstərən Çin Beynəlxalq İqtisadi Mübadilə Mərkəzinin vits-sədri Vei Jianquo China Daily xəbər agentliyinə bildirib ki, Pekin əlavə ABŞ məhsullarına tariflər tətbiq edə bilər və həttta ikinci və üçüncü hədəf siyahısı hazırlayır.

Vein sözlərinə görə, mümkün məhsullara təyyarələr və çipslər daxildir. O həmçinin turizmin də mümkün hədəf olduğunu söyləyib.