Çin Mayk Pompeonun etiraz edən tələbələrə dəstək bildirməsini tənqid edib

Çin ABŞ dövlət katibi Mayk Pompeonun 30 il əvvəl Pekinin Tiananmen meydanında demokratiya tərəfdarı tələbələrə divan tutulmasınına etiraz edən tələbələrə dəstək bildirməsini tənqid edib.

Amerikada bəzi insanlar demokratiya və insan haqlarını dillərinə əzbər edərək, başqa ölkələrin işinə müdaxilə edir, öz problemlərinə isə göz yumur

Pompeo etirazçıları Çinin qəhrəmanları adlandırıb.

O əlavə edib ki, ABŞ Çinin beynəlxalq aləmə inqteqrasiya edəcəyinə ümid bəsləyir.

ABŞ dövlət katibi inteqrasiyanın Çini daha açıq və daha tolerant bir rejimə yönəldəcəyini vurğulayıb.

Çinin Xarici İşlər Nazirliyinin sözçüsü Qenq Şuanq müxbirlərə bildirib ki, Pompeonun şərhləri Çinin siyasi sisteminə hücumdur. O deyib ki, Amerikada bəzi insanlar demokratiya və insan haqlarını dillərinə əzbər edərək, başqa ölkələrin işinə müdaxilə edir, öz problemlərinə isə göz yumur. Sozçü Çin xalqının bu kimi ikili və şərli motivləri çox gördüyünü deyib.

Bu yaxınlarda Honq Konqda da 2 mindən artıq insan Pekinin Tiananmen meydanında demokratiya tərəfdarı nümyişçilərə divan tutulmasının 30-cu ildönümü qeyd edib.

Nümayişçilər üzərlərində “Azadlığa dəstək, Şər qanunlarını rədd et” sözləri yazılmış sarı çətirlərlə aksiyaya qatılıb.

Bəziləri qara tabutlar, digərləri isə təkərli ağ xaçlar, habelə 6 və 4 rəqəmləri daşıyıb. Bu rəqəm iyun ayının 4-də baş verən hadisəyə işarə edib.

1989-cu ildə Çinin hakim Kommunist Partiyası tələbələrin rəhbərlik etdiyi aksiya iştirakçılarına qarşı basqılara əmr vermişdi. O zaman yüzlərlə, bəlkə də minlərlə silahsız nümayişçi qətlə yetirilmişdi.

Çin hökuməti demokratiya tərəfdarı nümayiçiləri dağıtmaq üçün tanklardan istifadə etmişdi.

Çində Tiananmen hadisələrinin yad edilməsi qadağan edilib.

Pekində təhlükəsizlik tədbirləri gücləndirilib.