Çin Şimali Koreyaya neft ixracını məhdudlaşdırır

Şənbə günü Çin Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının Şimali Koreyanın nüvə və raket proqramlarına tətbiq etdiyi sanksiyalara əməl etmək üçün Şimali Koreyaya neft məhsullarının ixracını məhdudlaşdıracağını bildirib.

Çinin Ticarət Nazirliyi vebsaytında yerləşdirdiyi bəyanatda bildirib ki, oktyabrın 1-dən etibarən Pxenyana ixrac olunan təmizlənmiş neftin miqdarı illik 2 milyon barelə məhdudlaşdırılacaq. Bəyanatda həmçinin qeyd edilib ki, mayeləşdirilmiş təbii qazın ixracı da dərhal dayandırılacaq.

Bəyanatda Şimali Koreyanın ballistik raket proqramları və ya başqa fəaliyyətlərdə istifadə etdiyi neftin ixracına BMT sanksiyaları altında qadağa tətbiq olunub.

Pekin həmçinin Şimali Koreyadan tekstil idxalını dayandırır. BMT-nin davamlı sanksiylarından sonra tekstil Pxenyanın ən böyük xarici gəlir mənbəyi idi.

Şimali Koreyanın ticarətinin 90 faizini Çinlə aparır. Bu cür əməkdaşlıq Pxenyan üçün çox mühümdür. Ən son sanksiylar isə nüvə silahları və uzun mənzilli raket inkişafını dayandırması üçün kommunist ölkəyə təzyiqləri artırır.

Çinin liderləri uzun zamandır Şimali Koreyanı müdafiə etsə də, Kim Conq Un höküməti ilə bağlı artan narahatlığını ifadə edib.