Çin İranla iqtisadi əlaqələrini müdafiə edir

Cianq Yu deyib ki, onun ölkəsinin İranla ticarəti beynəlxalq ictimayyətin maraqlarına xələl gətirməyəcək

Çin İranın nüvə proqramına dair yeni raund beynəlxalq sanksiyalara riayət etmək yönümündə ABŞ tərəfindən artmaqda olan təzyiqlərə qarşı İranla iqtisadi əlaqələrini müdafiə edir. Xarici İşlər Nazirliyi üzrə sözçü Cianq Yu bu gün Pekində müxbirlərə deyib ki, onun ölkəsinin İranla ticarəti normal ticari mübadilədir, və bu əlaqələr beynəlxalq ictimayyətin maraqlarına xələl gətirməyəcək. Cianq bu həftə ABŞ Dövlət Departamentinin xüsusi məsləhətçisi Robert Eynhornun bəyanatına cavab verib. O, Çini Avropa İttifaqı tərəfindən təsdiqlənmiş sanksiyaları tam nəzərdən keçirməyə çağırıb . Cianq deyib ki, Pekin BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi həmişə şuranın qətnamələrinə riayət edib. Çin öz iqtisadiyyatını inkişaf etdirmək üçün İrandan ən çox xam neft ixrac edən ölkədir.