Çin 2029-cu ilə qədər azı 480 milyard dollar dəyərində yeni 4330 təyyarə alacaq

Çin 2029-cu ilə qədər azı 480 milyard dollar dəyərində yeni 4330 təyyarə alacaq

2020-ci ilədək Çində təyyarə nəqliyyatında sərnişinlərin sayının üç dəfə çox olacağı gözlənilir

ABŞ-ın nəhənğ aviasiya şirkəti Boeing bildirir ki, Çin növbəti 20 il ərzində sərnişin təyyarələrinin sayını artıracaq. Bu gün şirkətin yayımladığı məlumatda deyilir ki, Çin 2029-cu ilə qədər azı 480 milyard dollar dəyərində yeni 4330 təyyarə alacaq. Boeing ötən il Çinin 20 il ərzində 400 milyard dollar dəyərində 3770 təyyarə alacağını proqnozlaşdırmışdı. 2020-ci ilədək Çində təyyarə nəqliyyatında sərnişinlərin sayının üç dəfə çox olacağı gözlənilir. Boeing bunu Çin iqtisadiyatında kəskin artımla izah edərək, çinlilərin beynəlxalq səfərlər üçün təyyarələrdən daha çox istifadə edəcəyini bildirir.