Çin iqtisadiyyatında yavaşıma müşahidə olunur

İqtisadi artım son üç ildə ən aşağı səviyyəsinə enib
Qlobal iqtisadiyyatdakı qeyri-müəyyənliklər Çində iqtisadi artımı üç ilin ən aşağı göstəricisinə endirib.

Cümə günü Milli Statistika Bürosunun hesabatında 2012-ci ilin ikinci rübündə iqtisadi artımın 7.6 faiz təşkil etdiyi, bu göstərici 2011- ci ilin eyni rübündəki 9.7 faizlik artım səviyyəsindən kəskin şəkildə aşağı düşüb.

Hazırkı artım göstəricisi 2009-cu ildə olan 6.1 faizlik inkişaf göstəricisindən bəri ən aşağı səviyyə hesab olunur.

Digər dövlətlərdə Çin ixracatına azalan təlabat və yerli təlabatın zəif olması yavaşıyan artımın təzahürü kimi səciyyələndirilir.