Çinin tarixi şəhəri iqtisadi imkanlar uğrunda rəqabət aparır [Video]

Your browser doesn’t support HTML5

Köhnə şəhərin divarları və digər görməli yerləri turistləri özünə cəlb edərək, Şianın iqtisadiyyatına töhvə verib. Lakin Çinin bu qədim şəhəri daha çox imkanlar əldə etmək istəyir.

Şian birinci dərəcəli hədəfləri olan ikinci kateqoriyaya aid şəhərdir. Şəhər Qərbi Çində Slikon Vadisinə çevrilmək və əczaçılıq sənayesindən tutmuş, elektriklə işləyən maşınlara üçün batariyalar istehsal edən böyük sənaye şirkətlərini inkişat etdirmək istəyir. İqtisadi tənəzzülə baxmayaraq, ticarət mərkəzlərinin sayı durmadan artır.

Bəzi ticarət mərkəzlərində canlanma hiss edilir. Başqalarında isə boş dükanlar yalnız iqtisadi istəkləri əks etdirir.

Şəhərdə köhnə toxuculuq fabriki bərpa edilib. Lakin dükanlar hələ də boş olaraq qalır.

Bir zamanlar qədim İpək yolunun başlanğıç nöqtəsi olan Şianın Venyi Road ipək bazarında da iqtisadi yavaşıma gözə dəyir.

“Biz çox vaxt başqa dükanlara kömək edərdik, lakin bu il işlər çox yavaş gedir.”

Yaxınlıqda isə yeni bina istifadəyə verilir. Mo Şuo Şianın Kanqfu dükanında 20 ildən artıqdır ayaqqabı satır. O deyir ki, iqtisadi tənəzzül satışları yarıya endirib.

Mo Şuo: “Onlayn və oflayn satışlara da təsir edib. Əvvəllər insanlar buraya gəlib alardılar. İndi isə onlar malları onlayn alır və evdə otururlar.”

Yolun o biri tərəfində başqa bir mağaza da eyni problemlə qarşılaşıb.

İqtisadçı Vanq Ye böyük strategiyaya ehtiyac olduğunu deyir. O, rəsmilərin şəhərdə ətraf-mühit problemlərinin həlli və texnoloji potensialın artırılması sahələrində inkişaf əldə etdiyini bildirir.

O, Şianda Samsung şirkətinin yeni zavodunun açılmasını böyük inkişaf hesab edir.

Lakin iqtisadçının sözlərinə görə, olduqca bahalı inkişaf planı kimi çox səhvə yol verilib və bunun qarşısını almaq lazımdır.

Vanq Ye: “Peyk şəhəri modeli yaxşıdır. Burada şəhər mərkəzi var və eyni zamanda, ətrafda meşə və təbiət saxlanır.”

Vanq əlavə edir ki, binaların inşasının inkişafa bərabər olduğu kimi ideyaya çox etibar edilir. Bu, onun sözlərinə görə, gözəl görünüb, ehtiyac olan vergi gəlirlərini artırsa da, süni inkişafdır.