Çin imperator sülaləsinə son qoyan inqilabın 100-cü ildönümünü qeyd edir

  • Nərminə Cəlalqızı

Çin imperator sülaləsinə son qoyan inqilabın 100-cü ildönümünü qeyd edir

Sülalənin sonu Puyi kimi tanınan axırıncı imperatorla oldu


Çin bu həftə imperator sülaləsinə son qoyan inqilabın başlanğıcının 100-cü ildönümünü qeyd edir. Sonuncu Çinq imperatoru 1967-ci ildə vəfat edəndə onun harada dəfn olunması dilemma yaratmışdı. Lakin tapılan həll variantı müasir Çinin praqmatizmini əks etdirir.

68 yaşlı mançuriyalı Bai Jianşu sabiq Çinq sülalə ailəsinin uzaq qohumlarından biridir. Onun ailəsi Çinq imperatorluğu hakimiyyətdə olduğu dövrdə sülalə məzarlarına himayədarlıq edirdi.

Sülalənin sonu Çindəki Puyi kimi tanınan axırıncı imperator üçün daha çətin oldu. 1911-ci ildə Şinhay inqilabının başladığı vaxt onun cəmi 5 yaşı var idi. İnqilabi titrəyişlərin ardınca Yaponiya Puyini Çinin şimal qərbində yaratdığı marionet Mançukuo dövlətinin imperatoru təyin etdi. Sonradan kommunist hökumət onu həbsə saldı. İslah olunduğu elan edildikdən sonra son günlərini o, bağban kimi yaşadı.

Puyi 1967-ci ildə vəfat etdi. İmperator sülaləsinin məzarlığı onun üçün açıq olsa da, Hulan qəbristanlığına nəzarət edən Ban Yulay Puyinin külünün heç vaxt bu qəbristanlığa gətirilmədiyini deyir. “Onun bu qəbristanlıqda basdırılması barədə qərar çoxdan qəbul edilmişdi Lakin Çinq sülaləsi sona çatdı və məqbərə hazırlanmadı. 1995-ci ilin sentyabrında Puyinin külü Baboşan qəbristanlığından buraya gətirildi.”

Hualonq özəl qəbristanlığı Pekinin qərbində, Çinq imperator məzarlığı yanındadır. 1995-ci ildə Puyinin külü buraya gətirilidi və indi bu qəbristanlıqda Çinin imkanlı adamları dəfn edilir.