Çin Şimali Koreyaya ərzaq yardımı göstərir

  • Amerikanın səsi

Çin Şimali Koreyaya ərzaq yardımı göstərir

Cənubi Koreyanın insan hüquqları qrupu bu ayın əvvəli Çinin yoxsul Şimali Koreyaya ərzaq yardımı göndərdiyini ehtimal etdiklərini deyiblər. Seulda əsaslanmış insan hüquqları və Şimali Koreya Qaçqınları üçün Vətəndaş Koalisiyasının nümayəndəsi Do Hi-yun bildirib ki, Çin Qəməri yeni il bayramından təxminən 10 gün əvvəl təcrid edilmiş ölkəyə düyü və digər məhsullar göndərib. O, Şimali Koreyaya başqa növ yardımların da göndərildiyini ehtimal etdiyini bildirib. Bu gün insan haqları qrupu Çin sərhədində yerləşən Tumen stansiyasında təşkilatın üzvləri tərəfindən çəkilmiş şəkilləri yayıb. Donun sözlərinə görə, yanvar ayının 12-də çəkilmiş şəkillərdə düyü məhsulu ilə doldurulmuş 30 tonluq maşın karvanlarının Şimali Koreyaya daxil olmaq üçün gözlədikləri əks etdirilib.