Çin hökuməti Cənui Çin Dənizində bir ay öncə saxlanılmış 21 vyetnamlı balıqşını azad etdiyini xəbər verir.
Çinin rəsmi Şinhua xəbər agentliyi bildirir ki, balıqçılar bir də Çinin ərazi sularına daxil olmayacaqları barədə yazılı zəmanət verdikdən sonra sərbəst buraxılıblar.
Balıqçılar martın əvvəllərində parasel adaları yaxınlığında saxlanılıblar. Həmin adalara Çin nəzarət edir, amma Vyentamın bu ərazilərə iddiası var.
Bu arada Çinlə Filippin arasında Cənubi Çin Dənizinin başqa guşəsində ərazi mübahisəsi cərəyan edir. Çin balıq və təbii sərvətlərlə zəngin dənizin bütün sularının ona məxsus olduğunu iddia edir.