Çin Filippinə yardımı artırır

Çina tayfunun fəlakətli təsirinə məruz qalan Filippinə yardımın məbləğini artırır. Bir neçə gün öncə Pekin dünyanın digər qüdrətli dövlətlərdən qat-qat az yardım təklif etmişdi.

Xarici İşlər Nazirliyinin sözçüsü Qin Qanq bu gün deyib ki, Pekin Filippinə əlavə olaraq 1.6 milyon dollar göndərə bilər.

Bu həftənin əvvəli Pekin hökuməti Çin Qırmızı Xaç Cəmiyyəti ilə yanaşı son on ilin ən dəhşətli fəlakətlərindən birini yaşayan Filippinə 200 min dollarlıq yardım vəd edib. Bu rəqəm digər dövlətlərin vədindən dəfələrlə az olub.

Müqayisə üçün deyək ki, Yaponiya 10, Avstraliya 9.6 milyon dollarlıq yardım təklif edib. ABŞ isə 20 milyon dollarlıq yardımla yanaşı, kömək üçün əsgərlərini də göndərib.