ABŞ mübahisəli Cənubi Çin dənizində daha çox patrul missiyası keçirməyi planlaşdırır

Çin Birləşmiş Ştatların hərbi gəmilərini Cənubi Çin Dənizinə göndərməsini pisləyib. Vaşinqton buna baxmayaraq bu kimi patrul missiyalarının daha çox keçirməyi planlaşdırır.

Çinin xarici ilşlər naziri bildirib ki, ABŞ-ın Çindəki səfiri Maks Baukus baş verən hadisəyə görə rəsmi etirazın təqdim edilməsi üçün çərşənbə axşamı günü nazirliyə çağırılıb.

Vaşinqton rəsmiləri bildirib ki, Çinin iddia etdiyi mübahisəli Spratli arxipelaqına yaxınlaşması “naviqasiya azadlığı”nın məşq edilməsidir və bununla ölkənin suverenliyinə heç bir təhlükə törədilmir. Tayvan, Viyetnam və Flippin də arxipelaqdakı bəzi adaların onların ərazisi olduğunu iddia edir.

ABŞ müdafiə nazirliyindən bildirilib ki, Birləşmiş Ştatların hərbi dəniz donanması həmin sularda daha çox patrul keçirməyi planlaşdırır.

ABŞ-ın regiondakı müttəfiqləri Amerika gəmisinin mübahisəli Spratli arxipelaqına yaxın sularda üzməsini alqışlayıb.