Cimmi Karter Kubada həbsdə olan hökumət kontraktoru ilə görüşüb

Cimmi Karter Kubada həbsdə olan hökumət kontraktoru ilə görüşüb

ABŞ-ın sabiq prezidenti Cimmi Karter Kubada həbsdə olan hökumət kontraktoru ilə görüşüb. Bu ayın əvvəllərində 15 illik cəzasına başlayan Alan Qross Kubaya kommunikasiya avadanlığı apardığı üçün həbs edilib. Cimmi Karter Alan Qrossun günahsız olduğuna inandığını deyib. 2009-cu ildə həbs edilən Alan Qross yəhudi icmasının internet imkanlarını yaxşılaşdırmaq üçün Kubaya avadanlıq apardığını deyir.

Cənab Karter Kubanın sabiq prezidenti Fidel Kastro ilə də görüş keçirib. Amerikanın keçmiş dövlət başçısı amalının Vaşinqtonla Havana arasında münasibətlərin normallaşdırılması olduğunu deyib. Üç günlük Kuba səfəri çərçivəsində Cimmi Karter dissidentlər və bu yaxınlarda azad edilən siyasi məhbuslarla görüşüb.