Cim Mattis: ABŞ Əfqanıstanda qalib gəlmir

Your browser doesn’t support HTML5

“Birləşmiş Ştatlar Əfqanıstanda qalib gəlmir”. Bu sözləri çərşənbə axşamı Müdafiə Nazirliyinin büdcə dinləməsində qanunvercilər önündə çıxış edən ABŞ-ın müdafiə naziri Cim Mattis deyib.

İyul ayının ortalarında sizinlə detallı məlumatları bölüşəcəyik. Biz hazırda hər şeyi bir araya gətirməyə çalışırıq və ləngidiyimizə görə bədəl ödəməmək üçün lazımı addımlar atırıq.
Cim Mattis

Tramp adminstrasiyası artıq 5 aydır hakimiyyətdədir və hələ də, Əfqanıstanı sabitləşdirmək planı üzərində işləyir. Çərşənbə axşamı ABŞ Senatının Silahlı Xidmətlər Komitəsinin üzvləri Pentaqon liderlərinə artıq gözləməkdən yorulduqlarını deyib.

“Biz strategiyanın açıqlanmasını istəyirik və mən çox şey istədiyimizi düşünmürəm”, deyə komitənin sədri Con Makkeyn bildirib.

“İyul ayının ortalarında sizinlə detallı məlumatları bölüşəcəyik. Biz hazırda hər şeyi bir araya gətirməyə çalışırıq və ləngidiyimizə görə bədəl ödəməmək üçün lazımı addımlar atırıq”, deyərək müdafiə naziri Cim Mattis cavab verib.

Nazir deyib ki, ABŞ planın bir hissəsi olaraq müttəfiqlərin dəstəyini cəlb etməyə çalışır ki, bu da vaxt alır. Əfqanıstanda 13 min NATO qoşunu var. İndi isə ora əlavə qoşun göndərmək nəzərdən keçirilir.

Mattis deyib ki, müdafiə komandası hazırkı strategiyanı dəyişməlidir. Rəsmilər bu strategiyanın Əfqanıstanı Taliban qarşısında çıxılmaz vəziyyətə saldığını deyir.

Cim Mattis

“Biz hazırda Əfqanıstda heç bir qələbə əldə etmirik, amma çox yaxında bu vəziyyəti düzəldəcəyik”, Mattis deyib.

Mattis deyir ki, Əfqanıstan hökümətin düşmən zorakılığını yerli təhlükəsizlik qüvvələrinin nəzarət edə biləcəyi bir səviyyəyə endirəcək qədər güclü olduğu zaman onlar Əfqanıstan qələbə əldə etmiş olacaqlar.

O deyib ki, bunun üçün Amerika və müttəfiq qüvvələrinin birgə gücü tələb olunur ki, onlar ölkəni yüksək səviyyədə təhlükəsizliklə təmin etməyə davam edərkən, əfqanlara da təlim keçsinlər.