“Cihad Ceyn” 10 il müddətinə azadlıqdan məhrum edilib

O. Məhəmməd peyğəmbərin karukaturasını çəkən isveçrəli rəssama qarşı sui-qəsd cəhdində ittiham edilir
Məhəmməd peyğəmbərin karukaturasını çəkən isveçrəli rəssama qarşı sui-qəsd cəhdində ittiham edilən “Cihad Ceyn” ləqəbli amerikalı qadın 10 il müddətinə azadlıqdan məhrum edilib.

Kollin R. Laroz 2009-cu ildə Əl-Qaidə funksionerlərinin göstərişlərinə əməl etdiyini etiraf edib. İslamı onlayn qəbul edən Kollinin ömürlük həbsə məhkum ediləcəyi gözlənilirdi. Lakin həbsdə olduğu müddətdə terrorizmlə bağlı digər istintaqlara yardım etdiyi üçün onun cəza müddəti endirilib.

Məhkəmədə Laroz “kor-koranə” göstərişlərə əməl etdiyi üçün üzr istəyib.

Larozun təlimatçısı olduğundan şübhələnilən Əli Dəməş adlı şəxs İrlandiyada həbsdədir. O, Amerikaya ekstradisiya edilməməsi üçün hüquqi mübarizə aparır.