Mərkəzi Kəşfiyyat agentliyinin (Central Intelligence Agency-CIA) direktoru Mayk Pompeo NBC tele kanalına müsahibəsi zamanı deyib ki, Rusiya bir neçə on illik ərzində Amerika demokratiyasını zəiflətmək üçün cəhd göstərir. Bununla belə, Pompeo eyni zamanda, terrorizmə qarşı mübarizə kimi sahələrdə birgə işin vacibliyini vurğulayıb.
Rusiyanın ABŞ prezident seçkilərinə müdaxiləsi ilə bağlı məlumatlara dair sualı cavabandıran Mayk Pompeo deyib ki, “burada orijinal heç bir şey olmayıb”.
“Onlar artıq uzun müddətdir bu işlə məşğul olur. Ruslar bir neçə onillik ərzində Amerika demokratiyasını zəiflətməyə çalışır. Ona görə də burada heç bir yenilik yoxdur, amma əlbəttə ki, bu, onları necə dayandırmaq məsələsinə diqqətin artırılmasını tələb edir.”
Lakin Pompeo müsahibə zamanı kütləvi informasiya vasitələrində Rusiyanın ABŞ seçkilərinə müdaxilə səylərinin prezident Vladimir Putinin şəxsən göstərişi əsasında baş verdiyi haqda məlumatları təsdiq etməyib.
Onlar artıq uzun müddətdir bu işlə məşğul olur. Ruslar bir neçə onillik ərzində Amerika demokratiyasını zəiflətməyə çalışır. Ona görə də burada heç bir yenilik yoxdur, amma əlbəttə ki, bu, onları necə dayandırmaq məsələsinə diqqətin artırılmasını tələb edir.Mayk Pompeo
O həmçinin Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikovla danışıqlarının olub-olmaması haqda da məlumat verməyib.
Lakin CIA direktoru amerikalıların təhlükəsizliyi ilə bağlı məsələlərdə birgə əməkdaşlığın davam etdirilməsinin vacib olduğunu deyib.
“Terrorizmə qarşı mübarizə buna ən yaxşı misaldır. Amerikalılar Ruiya təyyarələrində uçur, ruslar Amerika təyyarələrində-bu, bizim səmada uçuşları davam etdirmək imkanına aid olan bir şeydir”, Pompeo bildirib.
CIA direktorunun sözlərinə görə, əgər Rusiyanın terrorçular və onların fəaliyyət yerləri haqda informasiyası varsa, o ümid edir ki, Moskva bu informasiyanı bölüşəcək.