Hüquq müdafiəçiləri Mərkəzi Kəşfiyyat Agentliyinin rəsmilərinin cəzalandırılmasıını tələb edir

İnsan hüquqları müdafiəçiləri ABŞ-ın Mərkəzi Kəşfiyyat Agentliyinin (CIA) terror şübhəlilərinə qarşı ağır sorğu metodlarından istifadə edən rəsmilərin məhkəməyə cəlb olunmasıını istəyib.

BMT-nin insan hüquqları və terrorizmə qarşı mübarizə üzrə xüsusi nümayəndəsi Ben Emmerson bildirib ki, ABŞ Senatının Mərkəzi Kəşfiyyat Agentliyinin 2001-ci il 11sentyabr hücumlarından sonrakı əməliyyatları ilə bağlı yaydığı hesabatdan sonra CIA rəsmilərinin cinayət məsuliyyətinə cəlb olunmasına ehtiyacın daha da artdığını göstərir.

ABŞ-da fəaliyyət göstərən Human Rights Watch təşkilatının icraçı direktoru Kennet Roth bildirib ki, rəsmilər məsuliyyətə cəlb olunmadığı tədbirdə işgəncə gələcək prezidentlər üçün siyasi seçim olaraq qalacaq.

Çərşənbə axşamı Senatın kəşfiyyat komitəsi hesabatın qısa xülasəsini yayıb. Hesabatda bildirilib ki, Mərkəzi Kəşfiyyat Agentliyi sorğu zamanı məhbuslarla pis rəftar edib. Komitə Mərkəzi Kəşfiyyat Agentliyini Konqres və Amerika xalqına tətbiq edilən üsulların effektliyi ilə bağlı doğru məlumat verməməkdə təqsirləndirir. Buraya qapalı mühitdə saxlanma, yuxudan məhrum edilmə və boğulmanın imitasiyası daxildir.

Senatın Kəşfiyyat komitəsinə sədrlik edən Kaliforniya ştatından demokrat senator Dayan Faynşteyn Mərkəzi Kəşfiyyat Agentliyinin “sözün hər bir mənasında” saxlanınlara işgəncə verildiyini bildirib. “Mərkəzi Kəşfiyyat Agentliyinin hərəkətləri bizim dəyərlərimiz və tariximizdə bir ləkədir”- deyə senator Faynşteyn bildirib.

Prezident Obama ispan-dilli Univision televiziya şəbəkəsinı müsahibədə ABŞ-ın qəddar üsullar tətbiq etdiyini bildirib. ABŞ prezidenti bunun təkrar olunmasına yol verilməyək böyük səhv olduğunu bidirib.